Rusiya Türkiyəyə qaz tədarükünü artırmağa hazırdır
Türkiyədə mavi yanacağın istehlakı artarsa, Rusiya Türkiyəyə qaz tədarükünü artıra bilər. Bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak sentyabrın 15-də jurnalistlərlə görüşündə bildirib. “Türkiyəli tərəfdaşlar qaz istehlakını artırsa və əlavə həcmlər üçün müraciət etsələr, biz bu məsələləri nəzərdən keçirəcək və bu tədarükləri təmin edəcəyik”, - deyə nazir qeyd edib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş