Qobustanda şəhid atası evaldı ilə birlikdə dəfn olundu.

Böyükdən balacaya hər kəs əlində 3 rəngli vətən bayağı ilə şəhidin gələcəyi yola düzülüb.

Şəffaflıq.az xəbər verir ki,bu gün əslən Qubustan rayon Sündü kəndindən olan, Binəqədi rayonunda yaşayan şəhid Vadim Qocayevin nəşini doğulduğu kəndə gətirilib.

Ailənin 3 övladından birincisi olan Vadim cəsur qorxmaz vətənpərvər bir igid idi. İllərdir ordu sıralarında xidmət edən qəhrəmanımz Vətən müharibəsində iştirak etmiş, ağır yaralanmışdır.

Odlu - alovlu müharibənin içindəm çıxan igidimiz, iki gün öncə düşmənin təxribatının qarşısın alarkən qəhrəmancasına şəhid olub.Bu xəbər isə ailədə böyük faciəyə səbəb olub. Şəhdimizin atası Alik Qocayev oğulunun şəhid xəbərini eşidərkən ürək tutmasından dünyasını dəyişib.

Dəfn mərasimində rayon rəhbərliyi, şəhidin ailə üzvləri, döyüş yoldaşıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidimiz böyük izdihamla son mənzilə yola salınıb,  ruhuna dualar oxunub.

Hörmət əlaməti olaraq fəxri qarovul düzülüb, havaya yaylım atəşi açılıb. Şəhidimizin tabutuna bürünmüş şanlı bayraq, şəhidimizin əmisinə təqdim edilib.

Şəhidimzin anası səhhətində yaranan porblemlə əlaqədar dəfn mərasimində iştirak edə bilməyib.

Qeyd edək ki, şəhidimiz evli idi bir qız evladı var. Onun həyat yoldaşı hamilədir.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

Vahid İsmayılov,

Şəffaflıq.az 

Qobustan


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}