Qazaxda gənc qadını elektrik cərəyanı vurub


Qazax rayonunda gənc qadını ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

Şəffaflıq.az "report"a istinadən bildirir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü G.Salayeva yaşadığı evdə ehtiyatsızlıqdan elektrik xəttinə toxunduğu üçün onu cərəyan vurub.

O, ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}