Əsas Səhifə > Hadisə > Qazaxda gənc qadını elektrik cərəyanı vurub

Qazaxda gənc qadını elektrik cərəyanı vurub


12-09-2022, 23:42


Qazax rayonunda gənc qadını ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

Şəffaflıq.az "report"a istinadən bildirir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü G.Salayeva yaşadığı evdə ehtiyatsızlıqdan elektrik xəttinə toxunduğu üçün onu cərəyan vurub.

O, ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Geri qayıt