Premyer Liqa: "Sumqayıt" "Şamaxı" ilə heç-heçə edib


Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

Şəffaflıq.az-ın məlumatına görə, günün ilk matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib.

"Kapital Bank Arena"dakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərində 3-cü dəqiqədə Almir Aqanspahiç, qonaqlarda isə 45-ci dəqiqədə Bahadur Həziyev fərqlənib.

Xallarının sayını 3-ə çatdıran "gənclik şəhəri" təmsilçisi 8-ci, 2 xala malik Şamaxı klubu isə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Kəpəz"i 2:0, "Neftçi" səfərdə "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 2:1 hesabı ilə yenib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}