Albaniya İran diplomatlarına ölkədən çıxmaları üçün 24 saat vaxt verib



Albaniya ikinci kiberhücuma məruz qalıb. Balkan ölkəsi iyul ayında hökumətin rəqəmsal xidmətləri və internet saytlarının sındırılması iddiasına görə Tehranla diplomatik əlaqələri dayandırdıqdan bir neçə gün sonra ikinci kəsilmə baş verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirliyi bildirib.

"Milli polisin kompüter sistemləri cümə günü kiberhücuma məruz qalıb, ilkin məlumata görə, iyul ayında ölkənin ictimai və dövlət xidmət sistemlərinə hücum edən eyni qurup tərəfindən törədilib", - deyə nazirliyin şənbə günü verdiyi açıqlamada deyilir.

Bəyanatda bildirilir ki, cinayət əməlini zərərsizləşdirmək və sistemlərin təhlükəsizliyini təmin etmək üçün səlahiyyətlilər dəniz limanlarında, hava limanlarında və sərhəd postlarında kompüter idarəetmə sistemlərini bağlayıblar.

Baş nazir Edi Rama tvitində Albaniyanın dost ölkələri və müttəfiqləri tərəfindən artıq qınanılan eyni təcavüzkarlar tərəfindən edilən növbəti kiberhücumu pisləyib.

İran hücumun arxasında dayanması ilə bağlı ittihamı “əsassız” adlandıraraq, Albaniyanın diplomatik əlaqələri kəsmək qərarını “ağılsız və düşünülməmiş addım” adlandırıb.

Albaniyanın baş naziri Edi Rama bu məsələ ilə bağlı Aİ-nin Brüsseldəki mənzil-qərargahında mətbuat konfransında çıxış edib.

Balkan dövləti İranın müxalif Xalq Mücahidləri (Mücahidin-e-Xalq) üzvlərini öz ərazisinə qəbul etməyə başlayandan sonra iki ölkə illərdir ki, qatı düşmən olub. Tehran Xalq Mücahidlərini “terrorçu” qrup elan edib.

Albaniya 2013-cü ildə Vaşinqton və Birləşmiş Millətlər Təşkilatının tələbi ilə Xalq Mücahidləri üzvlərini qəbul etməyə razılaşıb və bu illər ərzində İrandan minlərlə insan Balkan ölkəsində köçüb.

Bu arada İran ABŞ-ın Kəşfiyyat Nazirliyinə sanksiya tətbiq etməsinnin ardından Vaşinqtonun Albaniyanı müdafiə etdiyinə görə Birləşmiş Ştatları münaqişəni alovlandırmaqda ittiham edib.

ABŞ cümə günü İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinə və nazir İsmail Xətibə Albaniyaya rarşı həyata keçirilən kiber hücumlarda Tehranın əli olduğu iddiası ilə sanksiyalar tətbiq edib.

Çərşənbə günü baş nazir Rama İranı "dövlət xidmətlərini iflic etmək, hökumət sistemlərindən məlumat əldə etmək və elektron rabitəni sındırmaq" məqsədilə Albaniya qurumlarına qarşı kiberhücum təşkil etməkdə ittiham edib.

"Nazirlər Şurası dərhal İran İslam Respublikası ilə diplomatik əlaqələrin kəsilməsi barədə qərar qəbul edib", - deyə Rama bildirib.

“Sözügedən hücum məqsədinə çatmadı. Zərərlər təcavüzkarın məqsədləri ilə müqayisədə minimal hesab edilə bilər. Bütün sistemlər tam işlək vəziyyətə qayıtdı və məlumatların geri dönməz silinməsi baş vermədi”, -deyə o əlavə edib.

Baş nazir daha sonra deyib ki, İran diplomatları və səfirlik əməkdaşlarının ölkəni tərk etmələri üçün onlara 24 saat vaxt verilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}