Avropa Komissiyasının daxili işlər üzrə komissarı: “Putinin məqsədi Aİ-ni məhv etməkdir”
Avropa Komissiyasının daxili işlər üzrə komissarı İlva Yohansson Avropa İttifaqına üzv dövlətləri Rusiya vətəndaşlarına verdiyi vizaları “hərtərəfli nəzərdən keçirməyə” çağırıb. Yohansonun fikrincə, onlar ölkələrin milli təhlükəsizliyi üçün təhdid ola bilər. Bu barədə Avropa komissarı Finlandiyaya səfəri zamanı bildirib. Onun sözlərinə görə, Ukraynaya qarşı müharibə həmçinin milli təhlükəsizliyə təhdiddir. “Sadəlövhlük edə bilmərik. Putinin məqsədi Avropa İttifaqını məhv etməkdir”, - deyə Yohanson qeyd edib. “İnsanların sosial üsyan, zorakılıq, bu kimi şeylər törətmək və ya təbliğatla məşğul olmaq üçün gəldiyini istisna edə bilmərik. Bu məsələni daha ətraflı araşdırmaq lazımdır”, - deyə o əlavə edib. Yohansson vurğulayıb ki, o, dissidentlərə, jurnalistlərə, humanitar və ya ailə səbəbləri ilə müraciət edən Rusiya vətəndaşlarına viza verilməsinin tərəfdarıdır. “Lakin əhəmiyyətli səbəb olmadan gələnlər olduqca hərtərəfli yoxlamadan keçməlidir... və biz daha ciddi hərəkət etməliyik”, - deyə o bildirib. Şəffaflıq.az
Facebook-da paylaş