Rusiyalılar Gürcüstana giriş qadağası ilə üzləşir
“Sərhəd nəzarətinin gücləndirilməsi səbəbindən rusiyalılar kütləvi şəkildə Gürcüstana giriş qadağası ilə üzləşiblər”. Bu barədə “Azad Rusiya Fondu”nun (Free Russia Foundation) Cənubi Qafqaz üzrə direktoru Yeqor Kuroptev xəbər verib. Onun sözlərinə görə, son vaxtlar ölkəyə girişi qadağan edilənlər arasında Gürcüstanda yaşayan və ya təhdidlərə görə Rusiyanı tərk etmiş fəallar, jurnalistlər və hüquqşünaslar var. “Nə peşənin, nə Gürcüstanda yaşamaq faktının, nə də kirayə ev üçün müqavilənin olmasının xeyri yoxdur. Əgər yaşayış sənədi, qalmaq icazəsi yoxdursa, o zaman başqa heç bir sənəd Rusiya vətəndaşları üçün Gürcüstana giriş zəmanəti deyil”, - deyə Kuroptev izah edib. Yeri gəlmişkən, Türkiyədən Gürcüstana avtomobil yolu ilə gedənlər də girişdən imtina ilə üzləşirlər. Rusiyanın Trabzon şəhərindəki Baş Konsulluğu avqustun sonlarında belə halların demək olar ki hər gün qeydə alınmağa başladığını bildirib. Şəffaflıq.az
Facebook-da paylaş