Qazaxıstanda Nazarbayevin adına qeyd edilən bayram ləğv oluna bilər



Qazaxıstanda Respublikanın Birinci Prezidenti Gününün qeyd olunması tarixə qovuşa bilər.

Respublikanın Birinci Prezidenti Gününün dövlət bayramları siyahısından çıxarılmasına Qazaxıstanın Məclisi (parlamentin aşağı palatası) baxacaq.

Artıq təklif gündəliyə salınıb və bu gün keçiriləcək iclasda müzakirə ediləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Qazaxıstan parlamentinin deputatları ölkənin paytaxtının yenidən Astana adını danışımasını təklif ediblər.

Xatırladaq ki, Qazaxıstanın paytaxtı 2019-cu ildən Nursultan adlanıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}