"Türkiyə şübhəsiz, dost ölkə və vacib tərəfdaşdır" - Kreml



Kremlin sözçüsü Dimitri Peskov Türkiyənin Rusiya üçün əhəmiyyətli bir tərəfdaş olduğunu ifadə edərək "Türkiyə bizim üçün şübhəsiz dost ölkədir. Türkiyə beynəlxalq siyasət, siyasi məsələlər, ticarət və iqtisadi əməkdaşlıq baxımından bizim üçün çox əhəmiyyətli bir tərəfdaşdır",- deyə bildirib.

Kremlin sözçüsü Dmitri Peskov “İzvestiya” qəzetinə müsahibəsində Rusiya-Türkiyə münasibətləri ilə bağlı dəyərləndirmələr edib.

Şəffaflıq.az xəbər verir ki, Türkiyə ilə xüsusilə Ukrayna ilə bağlı fikir ayrılıqlarının olduğunu bildirən Peskov “Ukrayna ilə bağlı müxtəlif mövzularda fikir ayrılıqlarımız var. Biz Ukrayna məsələlərində Türkiyənin yanaşması ilə razı deyilik, lakin türk tərəfdaşlarımıza arqumentlərimizi və nəyə əmin olduğumuzu səbrlə çatdırmağa davam edirik”,- deyə bildirib.

Rusiyanın Türkiyəni mühüm tərəfdaş olaraq gördüyünü vurğulayan Peskov “Türkiyə bizim üçün şübhəsiz dost ölkədir. Türkiyə beynəlxalq siyasət, siyasi məsələlər, ticarət və iqtisadi əməkdaşlıq baxımından bizim üçün çox mühüm tərəfdaşdır”,- deyə əlavə edib.

Türkiyənin Rusiyaya qarşı sanksiyalarda iştirak etmədiyinə işarə edən Peskov “Türkiyə Rusiyaya qarşı qeyri-qanuni sanksiyalarda iştirak etməyib və öz suveren müstəqil siyasətini davam etdirir. Rusiya və Türkiyənin siyasət və iqtisadiyyat sahəsində əməkdaşlıqda böyük potensialı var”,- deyə qeyd edib.

Bu potensialın tam reallaşdırılması üçün hələ çox yer olduğunu deyən Peskov Türkiyə və Rusiyanın ikitərəfli münasibətlərini qarşılıqlı hörmət və fayda prinsipləri əsasında qurduğunu bildirib.

Bundan başqa Peskov əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin də Türkiyənin taxıl da daxil olmaqla Ukrayna ilə bağlı vasitəçilik səylərini yüksək qiymətləndirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}