Bakıda köşkdən lotereya biletləri OĞURLANDI
Bakıda köşk qarət olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Mərdəkan qəsəbəsində yerləşən köşklərin birindən 500 manat pul və 1 900 manat dəyərində lotereya biletləri oğurlanıb. Bu barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bukavadze və A.Bəkirov müəyyən edilərək saxlanılıblar. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş