Əsas Səhifə > Hadisə > Bakıda köşkdən lotereya biletləri OĞURLANDI

Bakıda köşkdən lotereya biletləri OĞURLANDI


6-09-2022, 21:24



Bakıda köşk qarət olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Mərdəkan qəsəbəsində yerləşən köşklərin birindən 500 manat pul və 1 900 manat dəyərində lotereya biletləri oğurlanıb.

Bu barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bukavadze və A.Bəkirov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt