İlqar Məmmədov : “Hər ilin sentyabrında hakimiyyətə gəlirlər bunlar”


"Biz ölkəmizdə siyasi dəyişikliyin demokratik, dinc yollarla baş verməsini istəyirik".

Şəffaflıq.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu ReAL partiyasının sədri İlqar Məmmədov hökumətlə aparılan dialoq barədə danışarkən bildirib.

"Biz ölkəmizdə siyasi dəyişikliyin demokratik, dinc yollarla baş verməsini istəyirik. Qanunauyğunluğa baxın. Adamlar deyirdi ki, biz meydanlardan hakimiyyətə gələcəyik. Dörd il əvvəl  mən həbsdən çıxanda hər kəsə təklif verdim ki, gəlin seçkiyə hazırlaşaq. Seçkiyə iki il qalır. Dairələri bölüşdürək, proqramı ümumiləşdirək, namizədləri müyyənləşdirək ki, seçkilərdə mübarizəmiz, səslərin qorunması daha rahat olsun. O adamlar o vaxt nə deyirdilər? "Bəy, biz iki il gözləyə bilmərik. Sən bizi ləngitmək istəyirsən. Biz bu gün-sabah hakimiyyətə gələcəyik". Təxminən bu intonasiya ilə mənə cavab verilirdi",

Onun kimi nəzərdə tutması ilə bağlı suala İlqar Məmmədov belə cavab verib: "Hər kəsə məlumdur. İntonasiyasından tanıyırsınız bu cür adamları".

Aparıcı söhbətin AXCP sədri Əli Kərimlidən gedib-getmədəyini dəqiqləşdirmək istəyəndə isə ReAL partiyasının sədri "o cümlədən" cavabını verib.

"Meydanlardan guya dörd il qabaq hakimiyyətə gələcəkdirlər və iki il bunların seçkiyə itiriləsi vaxtı yox idi, eyni adamlar indi deyirlər ki, sən niyə hökumətlə dialoqa gedirsən? Sən niyə onlarla danışırsan? Mən siyasətçi olaraq nə etməli idim? Dörd il, dörd ildə yox ha 30 il olmayan proses haqda söhbət etməli idim? Siyasətçi funksiyası tamamilə başqadır. Məqsədləri var, funksiyası var, prinsipləri var. Bu prinsiplər çərçivəsində o ideyaların gerçəkləşməsi üçün yollar aranmalıdır. Avantürist yollar - hansıları ki 30 ildir bax belə, biz bu gün sabah - ayını, tarixini qoyurlar ki biz hakimiyyətə gələcəyik. Hər ilin sentyabrında hakimiyyətə gəlirlər bunlar. Bu cür avantüralarda biz iştirak etmirik.", - deyə İlqar Məmmədov əlavə edib. 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}