DİN-dən Lerikdə səkkiz nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbi ilə bağlı AÇIQLAMA
Lənkəranda turist daşıyan avtobusun qəzaya uğramasının bəzi detalları məlum olub. Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan verilən məlumata görə, hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub. İlkin ehtimala görə, idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş