Əsas Səhifə > Hadisə > DİN-dən Lerikdə səkkiz nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbi ilə bağlı AÇIQLAMA

DİN-dən Lerikdə səkkiz nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbi ilə bağlı AÇIQLAMA


4-09-2022, 18:34



Lənkəranda turist daşıyan avtobusun qəzaya uğramasının bəzi detalları məlum olub.

Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan verilən məlumata görə, hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub.

İlkin ehtimala görə, idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb.

Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt