“Putinin 25 min əsgəri tələyə düşüb, növbədə Krım körpüsüdür” - Jdanov


Ukrayna ordusunun ölkənin cənubunda əks-hücumu faktiki olaraq, hələ başlanmayıb. Söhbət hələ USQ-nin miqyaslı xarakter almamış ayrı-ayrı əks-hücumlarından gedir. Rusiyalı işğalçılar Prezident Zelenskinin bu qərarı ilə əlaqəli problemlə üzləşiblər - «cənubun azad edilməsi planı»nın nəticəsində düşmənin 25 minə qədər qruplaşması Dneprin sağ sahilində tələyə düşüb. Onun USQ tərəfindən tam məhv edilməsinə bir neçə həftə vaxt lazım olacaq. Təcavüzkara işğal olunmuş Krımda daha bir tələ hazırlamaq olar. Bu işdə ATACMS uzaq mənzilli raketləri kömək edə bilər. Onları Ukraynaya artıq sentyabrda verə bilərlər.

Belə proqnozu «OBOZREVATEL»ə eksklüziv müsahibəsində hərbi ekspert Oleq Jdanov səsləndirib. Həmin müsahibənin önəmli hissələrini təqdim edirik:

- Cənubda əks-hücum barədə nə deyə bilərsiniz? Əlbəttə, hamını maraqlandırır ki, bunlar necə gedəcək? Ölkəmizin cənubunu azad etmək mümkün olacaqmı?

- Heç bir əks-hücum yoxdur. Mən, başa düşürəm ki, hamı bunu gözləyir, amma Baş Qərargah deyib: ayrı-ayrı sahələrdə ayrı-ayrı əks-hücumlar var. Amma heç kim miqyaslı halda ayağa qalxmayıb və geniş cəbhə boyu hücuma keçməyib.

- O zaman ayrı-ayrı əks-hücum fəaliyyətində biz, nə əldə edə bilərik? Onlar nə qədər ciddidirlər?

- Onlar göstərə bilərlər ki, bu gün Rusiya ordusunun müdafiəsi nə qədər dayanıqlıdır. Əgər müdafiə dayanıqlıdırsa, deməli biz, dayanacağıq, əgər dayanıqlı deyilsə, deməli biz, irəli gedəcəyk. Amma ümumiyyətlə, bu gün heç bir halda miqyaslı hücum gözləməyə dəyməz.

- Nə üçün Prezident bütün gücün məhz cənubda cəmlənməsini əmr etdi? Nə üçün bizə məhz bu istiqamət ən vacibidir?

- Söhbət Baş Qərargahın Ukraynanın cənubunun azad edilməsi baş panına hazırlıqdan gedir. Bu, tamamilə normal təzahürdür. Ardınca Prezident Ofisi nümayəndəsi Podolyakın o barədə izahı gəlir ki, sərəncam USQ Baş Qərargahı tərəfindən həyata keçirilən informasiya-psixoloji əməliyyatın elementi idi.

Bu əməliyyat da işlədi. Ruslar qorxdular, ordunun miqyaslı halda yenidən qruplaşmasına başladılar. Nəticədə, Dneprin sağ sahilində biz 25 minlik Rusiya ordusunu gördük ki, bu da bizi qane edir, çünki biz, o saat onların logistika və təchizat yolunu kəsməyə başladıq. Strateji mahiyyət bundan ibarətdir. Hazırda Dneprin sağ sahilində rusların ən çoxsaylı və döyüş qabiliyyətli qruplaşması var və onlar bizim qüvvələr tərəfindən necə mühasirə olunublar. Və biz, tədricən onları uzaq mənzilli vasitələrlə məhv edirik.

- Hansı perspektivdə bu qruplaşmanı tamamilə məhv edə və ya döyüş qabiliyyətsiz hala gətirə bilərik?

- Ola bilər ki, bir ay, ayyarım. Yaxud belə - üç aydan altı aya qədər. Hər şey ondan asılı olacaq ki, biz, tələni nə qədər möhkəm bağlayacağıq, başqa sözlə, yanacaq, döyüş sursatı, ərzaq ötürülməsi yollarını necə bloklayacağıq. Onlar hazırda hər şeyi paromlarla, qayıqlarla, necə gəldi daşıyırlar. Biz isə hər gün körpülərə zərbələr endiririk ki, buna maksimum mane olaq.

Amma onların orada çoxlu döyüş sursatı var. Nə zaman ki, onlar öz mövqelərinə yerləşirlər, Rusiya o saat onlarla və yüzlərlə ton bütün növ döyüş sursatı daşıyır. Yeri gəlmişkən, bu yaxınlarda videoda göstərilirdi ki, ukraynalılar rus ordusunun yarılmış mövqeyinə necə girirlər və orada görünür ki, blindajların birində bir KamAZ sursat «yatır».

- Düşmən üçün tələdən danışsaq, xüsusilə də Krımda, razılaşın ki, yaxşı olar ki, Krım körpüsü məsələsi həll edilsin. Krım körpüsü üçün «Ç saatı»nın vaxtı çatıbmı?

- Krım körpüsü üçün «Ç saatı» çoxdan çatıb. Sadəcə, bizim hələ də vəsaitimiz yoxdur ki, bu körpüyə çatsın. Əgər bizə ATACMS tipli raketlər versəydilər, biz, bu körpünü çoxdan «əldə etmişdik» və ümumiyyətlə, heç bir problem omazdı. Amma biz, çalışmışıq ki, məhv edə bilməsək də heç olmasa, onu sıradan çıxaraq. Antonov körpüsü kimi. Biz, onu dağıtmamışıq, amma hazırda bu körpü ilə ağır texnika hərəkət edə bilmir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}