Tayvan Çinin uçan aparatını vurub - Gərginlik pik həddə çatıb



Ukraynada müharibə tam sürətlə davam edərkən, Sakit okeanda dünyanı narahat edən hadisələr baş verir. Tayvan ordusu hava məkanına daxil olan İHA-nı vurduğunu açıqlayıb.

Şəffaflıq.az xəbər verir ki, dünyanın gözü və qulağı fevralın 24-dən Ukraynadan gələn xəbərlərdədir. Ancaq Ukraynadan minlərlə kilometr aralıda da müharibə ehtimalı var.

Belə ki, Çin və Tayvan arasındakı gərginliyi azaltmaq mümkün deyil. Çin işğalına qarşı hazırlıqlarını davam etdirən Tayvandan flaş açıqlama gəlib. Tayvan dünən sərhədi pozan təyyarəyə atəş açdıqlarını açıqlayıb və bu anons gərginliyi yenidən pik həddə çatdırıb.

Məlumata görə, Çinin Tayvanın Kinmen adasındakı Tayvanın hərbi obyektləri üzərində icazəsiz uçuşları davam edərkən Tayvan "naməlum" İHA-nın hava məkanına daxil olduğunu açıqlayıb. Tayvan Ordusunun Kinmen Müdafiə Komandanlığı lazımi xəbərdarlıqlar edildikdən sonra bu gün yerli vaxtla 12:30-da pilotsuz uçuş aparatının vurulduğu bildirilib. Komandanlığın verdiyi açıqlamada gələcəkdə pilotsuz təyyarələrin təqiblərinə qarşı ayıq-sayıq olmağa davam ediləcəyi bildirilib.

Xatırladaq ki, Çin avqustun 4-də Pelosinin səfərindən sonra başlayan genişmiqyaslı dəniz və hava təlimi çərçivəsində Tayvan sularına ballistik raketlər atıb. Tayvan isə bəyan edir ki, Çinin təlimi onun suverenliyini pozur və “blokada” deməkdir.

Bundan əlavə, ABŞ və Tayvan Çini Tayvan boğazında status-kvonu dəyişməyə çalışmaqda ittiham edir. Pekin rəhbərliyi Tayvanın Çinin bir hissəsi olduğunu iddia edərkən, Çinlə suverenlik münaqişəsi olan Tayvan "müstəqil ölkə" olduğunu bəyan edir.

ABŞ isə Tayvanı müstəqil ölkə kimi tanımır, Asiya-Sakit okean regionunda hərbi ittifaqlarını gücləndirməyə çalışır.

Qeyd edək ki, Pekin ABŞ gəmilərinin bölgədəki fəaliyyətini “Tayvanın müstəqilliyinə dəstək siqnalı” və “təxribat” kimi şərh edir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}