Yunanıstanda yayılan virus qorxu saçır



Yunanıstanda adətən ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusu səbəbi ilə 11 nəfər ölüb.

Bu barədə Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatı açıqlama yayıb.

Ölkə üzrə 123 nəfərdə xəstəlik aşkarlanıb.

Xəstələrin 74-ündə mərkəzi sinir sisteminə təsir edən simptomların olduğu, 49-unda isə ya yüngül simptomların olduğu, ya da heç bir əlamətin olmadığı bildirilib.

Yunanıstanda ötən həftə sözügedən virusa 36 yeni yoluxma hadisəsi qeydə alınıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}