Əsas Səhifə > XARİCİ XƏBƏR > Yunanıstanda yayılan virus qorxu saçır
Yunanıstanda yayılan virus qorxu saçır31-08-2022, 14:40 |
Yunanıstanda adətən ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusu səbəbi ilə 11 nəfər ölüb. Bu barədə Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatı açıqlama yayıb. Ölkə üzrə 123 nəfərdə xəstəlik aşkarlanıb. Xəstələrin 74-ündə mərkəzi sinir sisteminə təsir edən simptomların olduğu, 49-unda isə ya yüngül simptomların olduğu, ya da heç bir əlamətin olmadığı bildirilib. Yunanıstanda ötən həftə sözügedən virusa 36 yeni yoluxma hadisəsi qeydə alınıb. Şəffaflıq.az Geri qayıt |