Rusiya “Taliban”a benzin satacaq
Əfqanıstan Rusiyadan benzin və benzol alacaq. “Taliban” administrasiyası bununla bağlı Rusiya ilə danışıqların son mərhələsindədir. Rəsmi nümayəndə heyəti artıq Moskvadadır və buğda, qaz və neft tədarükü ilə bağlı müqavilələrin bağlanmasını başa çatdırmaq üzrədir. Bu barədə məlumatı Əfqanıstan İqtisadiyyat Nazirliyinin rəsmi nümayəndəsi Habiburahman Habib təsdiqləyib. Ticarət və Sənaye Nazirliyindəki mənbə isə jurnalistlərə bildirib ki, onlar bu istiqamətdə işlərin tezliklə başa çatacağını gözləyirlər. “Biz müqavilənin mətni üzərində işləyirik, benzin və benzolla bağlı, demək olar ki, razılığa gəlmişik”, - deyə rəsmi bildirib. Rusiya xarici işlər və energetika nazirliklərinin nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər. Şəffaflıq.az
Facebook-da paylaş