Kamran Əliyev İran və Ermənistan baş prokurorlarının görüşünü şərh edib
İranın paytaxtı Tehranda səfərdə olan Baş prokuror Kamran Əliyev İranın Baş prokuroru Məhəmməd Cəfər Montazerinin daha öncə baş tutmuş erməni həmkarı ilə görüşünü şərh edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Kamran Əliyev Tehranda M.C.Montazeri ilə danışıqlar zamanı danışıb. “Ekoloji məsələlərlə bağlı dediniz ki, erməni həmkarınızla görüşmüsünüz, amma Araz bölgəsində onların nə qədər dürüst olduqlarını bilmirəm, çünki onların çaya sənaye tullantıları atdıqları barədə xəbərimiz var”, - Baş prokuror vurğulayıb.
Xəbəri paylaş
Facebook-da paylaş