AAYDA: "Qarabağdakı layihələrə xaricdən yalnız Türkiyə şirkətləri cəlb olunub"
"Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki yol layihələrinə xaricdən yalnız Türkiyə şirkətləri cəlb olunub". Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün yeni alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib. "Həmin ərazilərdə Agentliyin öz təsərrüfatları, Azərbaycan şirkətləri və Türkiyədən olan 5 şirkət iştirak edir. Bunlardan başqa hər hansı xarici ölkədən heç bir təşkilat yoxdur", - deyə o qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş