Vəzifə maaşlarına əlavələrin neçə direktor və müavininə şamil olunacağı açıqlanıb
Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşlarına aylıq əlavələr maaş artımı demək deyil. Çünki əmək haqları artımı ilə bağlı mütəmadi dövlət başçısı tərəfindən qərarlar verilir. Yəni qərar əmək haqlarına aylıq əlavələrlə bağlıdır". Şəffaflıq.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, yeni qərarın 865 nəfər direktor, 2 343 direktor müavininə şamil edilməsi nəzərdə tutulur.
Xəbəri paylaş
Facebook-da paylaş