Bəşər Əsəd dayısı uşaqlarını həbs etdi - 3 milyard dollara görə

 


Suriya rejiminin lideri Bəşər Əsəd ölkə iqtisadiyyatının 60 faizini idarə edən qohumu Rami Mahluf və qardaşları İyadla İhabı həbs edib.

Şəffaflıq.az Teleqraf.com-a istinadən xəbər verir ki, bundan əlavə 29 nəfər iş adamı da saxlanıb.

Ərəb mediası xəbər verir ki, Suriya iqtisadiyyatının idarə edən Mahluf Rusiyanın Bəşər Əsəddən istədiyi 3 milyard dollarlıq müharibə xərclərini ödəməyə isti yanaşmayıb.

Bundan sonra Bəşər Əsəd Rusiyada yaşayan dayısı və Raminin atası Məhəmməd Mahlufu da ölkəyə çağırıb.

Ərəb mediası iddia edir ki, ölkəyə daxil olan Məhəmməd Mahluf oğulları Rami, İyad və İhab ilə görüşüb, 3 milyard ödənilməsini istəyib. Ancaq qardaşlar 3 milyardın çox yüksək məbləğ olduğunu deyərək imtina ediblər.

Bildirilir ki, Suriyada bir nömrəli biznesmen Rami Mahluf rejim tərəfindən nəzarət edilən ərazilərdə böyük imtiyazlar sahibidir, Suriyada onun onlarla şirkəti işləyir. İş adamı milyonlarla müştərisi olan telekomunikasiya şirkətinə də sahibdir.

“Mahluf” adlı qrupun koordinatoru Firas Mansur bir müddət əvvəl qeyd etmişdi ki, Ticarət Bankından pul götürən Rami Mahlufun Avropa banklarında 43 milyard dollara qədər pulu var.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}