Britaniya kəşfiyyatı: "Ukraynadakı müharibə Rusiyanın hərbi sənayesini sarsıdıb"


“Rusiyanın Ukraynadakı şəxsi heyəti üçün tələbatı və ixrac sifarişlərini yerinə yetirməsi ehtimalı çox aşağıdır. Buna səbəb Qərbin sanksiyalarının artan təzyiqləridir”.

Şəffaflıq.az-a xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

“Belarus bu yaxınlarda yeni yerli təkmilləşdirilmiş T-72B əsas döyüş tankının (MBT) təfərrüatlarını açıqlayıb. Belarus, ehtimal ki, bu alternativ həlli daha əvvəl Rusiyanın dövlət şirkəti UralVagonZavod ilə müqavilə bağladığı MBT modifikasiyası üçün hazırlayıb. Rusiya uzun müddətdir ki, müdafiə sənayesini özünün ən mühüm ixrac uğurlarından biri hesab edir. Ancaq hazırda Kremlin hərbi sənaye potensialı ciddi təzyiq altındadır”.

Məlumata görə, Ukraynadakı müharibə Rusiya silahlarının imkanlarının kifayət qədər olmadığını üzə çıxarıb: “Beləliklə, bu ölkənin hərbi sənayəsi sarsılıb”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}