Şanxayda istilərə görə ən yüksək təhlükə səviyyəsi elan edildi
Çinin ən böyük şəhəri olan Şanxayda formalaşan güclü istilər səbəbindən ən yüksək - qırmızı -təhlükə səviyyəsi tətbiq olunub. Şəhərin mərkəzi ərazilərində kölgədə hava 40 dərəcəyə qədər isinib, bəzi yerlərdə temperatur bu həddi keçib. Son beş gündə artıq ikinci dəfədir ki, havanın həddindən artıq yüksək temperaturu səbəbindən şəhərdə ən yüksək təhlükə elan edilir. Sakinlər açıq havada az vaxt keçirməyə, uzun müddət Günəş altında qalmamağa və lazımi ehtiyat tədbirləri görməyə çağırılırlar. Şəhərdə fəaliyyət göstərən şirkətlərdən tələb olunur ki, iş prosesini təşkil edərkən istinin təhlükəsini nəzərə alsınlar. Şanxayda son dərəcə yüksək hava temperaturu bir aydan çoxdur ki, dava edir. Bu mövsüm meteorologiya müşahidələri tarixində ən isti yaylardan birinə çevrilib. Çin təbii fəlakətlər üçün mavi, sarı, narıncı və qırmızıdan ibarət dörd səviyyəli ictimai xəbərdarlıq sisteminə malikdir. Şəffaflıq.az
Facebook-da paylaş