Cənubi Koreya Aya aparat göndərdi
“SpaceX” şirkəti Cənubi Koreyanın “Korea Pathfinder Lunar Orbiter” (KPLO) kosmik aparatını “Falcon 9” raketi ilə Aya göndərib. Aparatın dekabrın ortalarında Yerin təbii peykinin orbitinə çıxacağı gözlənilir. 678 kiloqramlıq kosmik cihaz Ay səthinin xəritəsini çəkəcək ki, bu da gələcək eniş yerini tapmağa və kraterlərdə ehtimal olunan su mənbələrini müəyyənləşdirməyə kömək edəcək. KPLO təxminən bir il Ayın orbitində qalacaq. Missiyanın dəyəri 180 milyon dollardır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş