Aşura günü kim qan verə bilər?

"18-65 yaşarası, çəkisi minimum 50 kq olan sağlam şəxslər qan verə bilər".

Bunu Şəffaflıq.az-a açıqlamasında Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova deyib.

Onun sözlərinə görə, qanvermədən əvvəl donor ac olmamalı, ən az 2 saat əvvəl dəmir və proteinlə zəngin qidalar qəbul etməlidir: "Qan verən şəxs kifayət qədər su içməlidir. Bununla yanaşı ağır fiziki fəaliyyətdən çəkinməli, yaxşı istirahət etməlidir. Həmçinin ən azı 1 saat əvvəl siqaret çəkməməlidir"

Q.Ələkbərova onu da bildirib ki, qan verdikdən sonra mütləq şəkildə bol maye qəbul etmək lazımdır: "Qan verdikdən sonra ən azı 2 saat ərzində siqarət çəkilməməlidir. Eyni zamanda qola yapışdırılmış bandajı 2 saat saxlamaq lazımdır. Uzun müddət ayaqüstə qalmaq məsləhət görülmür. Ağır fiziki işlərlə məşğul olmaq və eyni zamanda qan verilən qolla ağır yük qaldırmaq olmaz. Donorlar qan verdikləri gün bədəni həddən artıq yoran, maye itkisinə yol açan və təzyiqin aşağı düşməsinə zəmin yaradan (sauna, hamam və s.) fəaliyyətlərdən uzaq durmalıdırlar".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}