Putin Qarabağa görə Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı
Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvlərinin təcili iclasını çağırıb. Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. “Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə olunub. Üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb”, - o qeyd edib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş