Özbəkistanlı nazir Zəngəzur dəhlizinin bərpasından danışdı


Özbəkistan Asiyadan Avropaya ən qısa quru marşrutunu təmin edə biləcək Zəngəzur dəhlizinin bərpasında maraqlıdır.

Şəffaflıq.az Trend-ə istinadən xəbər verir ki, bunu Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşünün yekununda mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, üç ölkənin regionlararası nəqliyyat dəhlizlərini inkişaf etdirmək niyyəti xüsusi aktuallıq qazanır.

V.Norov qeyd edib ki, planlaşdırılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Trans-Qafqaz dəhlizi ilə birləşməsi üç ölkə arasında vahid nəqliyyat şəbəkəsini yaradacaq və Çindən Avropaya ticarət coğrafiyasını genişləndirəcək.

"Məhz buna görə Özbəkistan Zəngəzur dəhlizinin bərpasında maraqlıdır", - deyə o bildirib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}