Səddam Hüseynin Babil şəhərindəki iqamətgahı muzeyə çevriləcək
İraqın edam edilən sabiq lideri Səddam Hüseyn tərəfindən Babildə inşa etdirilmiş iqamətgah muzeyə çevriləcək. Bu barədə İraqın Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, Səddam Hüseyni devirdikdən sonra ABŞ ordusunun hərbi qərargahı məhz bu iqamətgahda yerləşib. İraqın mədəniyyət və turizm naziri Həsən Nazim isə söyləyib ki, Babil şəhərindəki iqamətgah müəyyən qədər bərpa ediləndən sonra iraqlıların və turistlərin ixtiyarına veriləcək. Qeyd edək ki, Səddam Hüseynin göstərişi ilə inşa edilən saray dörd min illik tarixi olan qədim Babil şəhərinin mərkəzində, Fərat çayı yaxınlığında yerləşir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş