Britaniyada ilk dəfə istilər səbəbilə maksimum təhlükə səviyyəsi elan edilib



Böyük Britaniyada gələn həftə ilk dəfə olaraq havanın temperaturu 40 dərəcə Selsiyə çata bilər.

Krallığın meteorologiya xidməti xəbər verir ki, ölkədə ən yüksək (qırmızı) təhlükə səviyyəsi elan edilib.

“Gələn həftə Britaniyanın əksər ərazisini görünməmiş istilər əhatə edəcək, temperatur 30 dərəcə Selsiyə, bəzi yerlərdə hətta 40 dərəcəyə çatacaq”, - deyə meteoroloji xidmətdən bildirilib.

Təhlükənin qırmızı səviyyəsi ölkənin mərkəzi hissəsində, şimalında, şərqində və cənub-şərqində elan edilib.

Bəzi bölgələrdə, Uelsin qərbində, eləcə də Şotlandiyanın cənubunda istilər səbəbindən sarı, bir qədər aşağı təhlükə səviyyəsi elan edilib.

Böyük Britaniyada əvvəlki temperatur rekordu - 38,7 dərəcə Selsi 2019-cu il iyulun 25-də Kembric şəhərinin botanika bağında qeydə alınıb.

Qeyd edək ki, anomal istilər digər Avropa ölkələrini də əhatə edib. Belə ki, İspaniyada bəzi bölgələrdə temperatur 44 dərəcəyə çatıb. Portuqaliyada istilər səbəbindən baş verən yanğınlara görə 700-ə yaxın insan təxliyə edilib, 120-yə yaxın insana tibbi yardım göstərilib. Fransa da istilərlə əlaqədar təcili tədbirlər görür.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}