Almaniyada hökumətin istefası gözlənilir
Şəffaflıq.az xarici mətbuata istinadla xəbər verir ki, bu fikri jurnalist Daniel Conson “The Telegraph” üçün yazdığı məqalədə qeyd edib. O, Almaniyanın hazırda enerji resurslarının çatışmazlığı səbəbindən kəskin böhran yaşadığını bildirib. Qeyd edib ki, Berlin bu məsələdə tamamilə Moskvadan asılıdır. “On il əvvəl Almaniya Rusiyadan tamamilə asılı vəziyyətə düşdüyü üçün nüvə enerjisindən imtina ilə bağlı fəlakətli qərara görə məsuliyyət daşıyanlar var”,- deyə o əlavə edib. Jurnalist bildirib ki, almanlar hökumətin siyasətindən narazıdırlar. “Seçicilərin üçdə ikisi Şolzu ölkənin enerji təhlükəsizliyini təmin etmədiyinə görə qınayır”,- deyə journalist qeyd edib. Onun sözlərinə görə, bir müddət əvvəl Almaniyadan olan Tvitter istifadəçiləri Almaniya kansleri Olaf Şolzun istefasını tələb ediblər. Belə ki, onlar “Bild” qəzetində ölkədə karbon qazı emissiyasının vergisini artıracağı ilə bağlı yazıya reaksiya veriblər. Şərhçilərin fikrincə, hökumətin hərəkətləri ölkə əhalisinin rifahını təhlükə altına qoyur. “Bild” yazır ki, almanların təxminən yarısı Rusiyadan qaz nəqlinin azalması və Avropa İttifaqında kəskin inflyasiya səbəbindən qarşıdakı qışda donmaqdan qorxur. Nəşr qeyd edir ki, respondentlərin 75 faizi qiymət artımını ağır və ya çox ağır şok adlandırıb. Bundan əlavə, respondentlərin yarısı iqtisadi vəziyyətlərinin pisləşdiyini bildirib. Xatırladaq ki, iyulun 14-də İtaliyanın baş naziri Mario Draqi hakim koalisiyanın dağılması ilə əlaqədar istefa vermək istədiyini açıqlayıb. Lakin İtaliya prezidenti Sercio Mattarella Draqinin istefasını qəbul etməkdən imtina edib və ondan koalisiyanın dağılmasından sonra vəziyyəti dəyərləndirərək parlamentdə çıxış etməsini istəyib. Elə həmin gün Estoniyanın baş naziri Kaja Kallas istefa verdiyini açıqlayıb.Almaniyanın federal kansleri Olaf Şolz ölkədəki enerji böhranı səbəbindən vəzifəsini itirmək riski ilə üzləşib.
Facebook-da paylaş