Ukrayna ABŞ-la HIMARS üçün raketlərin tədarükü ilə bağlı danışıqlar aparır


“Ukrayna ABŞ-la HIMARS sistemləri üçün uzaqmənzilli raketlərin tədarükü ilə bağlı danışıqlar aparır. İndi Ukrayna Silahlı Qüvvələri 70 kilometrə qədər məsafəni vura bilən raketlərlə silahlanıb”.


Şəffaflıq.az  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radası Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Fyodor Venislavski deyib.

Onun sözlərinə görə, bu raketlərin müxtəlif modifikasiyaları düşmənin daha uzaq məsafədəki hədəflərini vurmağa qadirdir: “Buna görə də hesab edirəm ki, belə uzaqmənzilli raketləri əldə etməyimiz üçün şansımız var”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}