Gəncədə güclü külək nəticəsində ağac avtomobilin üstünə aşıb



Güclü külək Gəncədə fəsad törədib.

Şəffaflıq.az məlumat verir ki, bu gün günorta saatlarında əsən güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində iri gövdəli ağac VAZ-2106 markalı avtomobilin üzərinə aşıb.

Nəticədə avtomobil yararsız hala düşüb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda qərb bölgəsində küləkli hava şəraiti davam edir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}