Əsas Səhifə > Hadisə > Gəncədə güclü külək nəticəsində ağac avtomobilin üstünə aşıb

Gəncədə güclü külək nəticəsində ağac avtomobilin üstünə aşıb


12-07-2022, 22:29



Güclü külək Gəncədə fəsad törədib.

Şəffaflıq.az məlumat verir ki, bu gün günorta saatlarında əsən güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində iri gövdəli ağac VAZ-2106 markalı avtomobilin üzərinə aşıb.

Nəticədə avtomobil yararsız hala düşüb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda qərb bölgəsində küləkli hava şəraiti davam edir.


Geri qayıt