Ağsuda qardaşı arvadını boğaraq öldürmüş şəxs polis tərəfindən saxlanılıb.

 Ağsuda qardaşı arvadını boğaraq öldürmüş şəxs saxlanılıb.

Hadisə ilə bağlı təqsirli bilinən Nəriman Zahidov hüqüq mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, sözügedən hadisə səhər saatlarında, rayonun Qiyaslı kəndində baş verib.

İlkin məlumatlara görə, Qiyaslı kənd sakini Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb.

Hadisəni törədən Nəriman Zahidov və qətlə yetirdiyi Xumar Zahhidova ilə ailəlikcə bir evdə yaşayıblar.

Kənd sakinlərindən aldığımız məlumata görə, Xumar kəndlərində olan başqa bir oğlanla telefonda danışıb və münasibət qurub.

Bundan xəbər tutan Nəriman, qardaşının yoldaşını yaşadığı evdə kəndirlə boğaraq öldürüb.

Xatırladaq ki, qətlə yetrilən Xumar Zahidova ötən il ailə qurub və iki aylıq körpəsi var. O, həmçinin onu öldürməkdə şübhəli bilinən Nərimanın doğma bibisi qızıdır.

Baş verən hadisə ilə bağlı Ağsu rayon Prokurorluğunda ARCM 120.1 maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}