Qardaşı arvadını diri-diri yandırdı - Bakıdakı dəhşətli hadisənin ŞOK TƏFƏRRÜATI

 


Bakıda qardaşı arvadını diri-diri yandıraraq qətlə yetirən şəxs Ali Məhkəməyə müraciət edib.

Şəffaflıq.az "ölkə.az"a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.3-cü yəni, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə maddəsi ilə təqsirli bilinən Əsgərov İlkin Nizami oğlu barəsindəki hökmün dəyişdirilməsi tələbi ilə Ali Məhkəməyə müraciət edib.

Onun müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Tahir Kazımovun sədrliyi ilə sentyabr ayının 11-də keçiriləcək.

Qeyd edək ki, dəhşətli qətl Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. İlkin Əsgərov ailə münaqişəsi zəminində qardaşının arvadı Xatirə Əsgərovanı üzərinə benzin tökərək yandırıb. Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Amma İlkin Əsgərov məhkəmədə bildirib ki, qardaşı arvadını yandırmaq niyyəti olmayıb. O, benzin tökərək yaşadıqları evi yandırmaq istəyib. Bu zaman Xatirə Əsgərova ona müdaxilə edib və benzin üstünə tökülüb.

Qeyd edək ki, İ.Əsgərov Apelyasiya Məhkəməsinə müraciət etsə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 17 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilməyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}