Azərbaycanda zavodun həyətində işçilər arasında QANLI DAVA – ÖLƏN VAR

 Ötən gecə Sumqayıtda yerləşən zavodda qətl törədən şəxs saxlanılıb.
Şəffaflıq.az xəbər verir ki, dünən saat 21 radələrində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini 1988-ci il təvəllüdlü Samir Cəfərov saxlanılıb.
Qeyd edək ki, hadisə hər iki şəxsin çalışdığı və Sumqayıt Aliminium zavodunun yaxınlığında yerləşən şüşə qablar zavodundan baş verib. İşçilərin mübahisəsi münaqişəyə çevrilib və S.Cəfərov iş yoldaşını zavodun həyətinə çağırıb. O, həyətdə bıçaqla özündən 11 yaş böyük iş yoldaşına zərbələr endirib.
Bildirilir ki, qətlə yetirilən M.Məmmədov əslən Neftçala rayonundandır və əvvəllər bir neçə cinayət əməlinə görə həbsdə olub. Hadisə vaxtı M.Məmmədov sərxoş vəziyyətdə olub və qətlin söyüş üstündə törədilməsi ehtimal edilir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.Publika.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}