Nikitin adına kolxozda taxıl biçini sürətlə davam edir
Nikitin adına kolxozda taxıl biçini sürətlə davam edir
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Nikitin adına kolxozda biçin aparılan taxıl sahəsində olub, biçinin gedişatı ilə tanış olub. Rayon rəhbərinə kalxoz ərazisində aparılan taxıl biçini haqında ətraflı məlumat verilib.
Beləki, İvanovka kəndində Nikitin adına kolxozda 4273 hektar ərazidə taxıl bitkilərinin əkini aparılıb. Onun 2153 hektarı buğda, 2120 hektarı isə arpa sahəsidir. Hal-hazırda 200 hektar ərazidə buğda, 600 hektar ərazidə isə arpa biçini aparılıb. Taxıl biçininə 20 ədəd kombayn cəlb olunub. Rayonun digər ərazilərində də taxıl biçini davam etdirilir. Məhsulun vaxtında və itkisiz yığılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.
İcra başçısı həmçinin günəbaxan sahəsində də olub. Bu il İvanovkada 240 hektar ərazidə günəbaxan bitkisi əkilib. İvanovkadakı günəbaxan sahəsinin gözəlliyi yerli əhalini və turistləri də cəlb edir. Hər gün yüzlərlə insan bu mənzərdə foto çəkdirməyə gəlir.
ŞƏFFAFLIQ.az
Facebook-da paylaş