Göyçayda şəhidlərin xatirəsinə həsr olunan futbol turniri keçirilib


 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasəti bu gün Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində uğurla davam etdirilir, ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır.

Xüsusi diqqət ayrılan idman sahələrindən biri də futboldur. Futbolçularımızın peşəkarlığının artırılmasına göstərilən davamlı qayğı, futbolun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni stadion və idman bazalarının yaradılması ölkədə bu sahənin inkişafına böyük təkan verib.

Bu məcrada Göyçay rayonunda futbolun kütləviliyinin inkişafını, habelə gənclərin idmana olan həvəsini daha da artırmaq, eyni zamanda qəhrəman şəhidlərimizin xatirəsini uca tutmaq məqsədi ilə 13.05.2022-25.06.2022 – ci il tarixlərində “Göyçay şəhidlərinin əziz xatirəsinə həsr olunmuş futbol üzrə təşkilatlar və bələdiyyələr arası rayon birinciliyi” turniri keçirilmişdir.

Qeyd edək ki, turnirdə 18 komanda olmaqla 252 idmançı iştirak edir. A və B qruplarında çıxış edən komandalar (hər qrupda 9 komanda olmaqla) 72 oyun keçirmişdir. Ümumilikdə 9 turdan ibarət qrup oyunları baş tutub.

Azorganik və Qızılağac kənd komandaları arasında keçirilən final oyunu Qızılağac kənd komandasının penal mərhələsində qələbəsi ilə başa çatıb. 


Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının kütləvi futbol departamentinin müdiri, veteran futbolçu Fərrux İsmayılovun, mini-futbol üzrə milli komandamızın üzvü, Avropa çempionu Davud Kəriminin, Göyçay rayon rəhbərliyi və rayon aktivinin iştirakı ilə turnirin yekun tədbiri keçirildi.

Çıxış zamanı deputat bu gün gənclər arasında sağlam həyat tərzinin təbliği, onların idmana olan həvəsinin daha da artırılmasının dövlət gənclər siyasətinin prioritet istiqamətlərini təşkil etdiyini vurğulayaraq ölkə rəhbərliyi tərəfindən bu sahədə görülən böyük işlərdən bəhs etdi.

Eyni zamanda müstəqillik dövründə yetişmiş müasir Azərbaycan gəncliyinin Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi altında 30 il işğal altında qalan torpaqlarının geri alınmasnda öz canlarını fəda edərək qanları bahasına nümayiş etdirdikləri qəhrəmanlıqlar xüsusi qeyd olundu.

Digər çıxış edənlər də ölkə rəhbərinin idmana, xüsusilə regionlarda bədən tərbiyə və idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edərək bu günə qədər həyata keçirilən vacib layihələrdən söhbət açdılar.

Final oyunun yekununda ilk üç yerin qalibi olmuş komandalar medal və kubokla təltif olundular.

Sonda turnir iştirakçıları göstərilən diqqət və təşəbbüsə görə Məzahir Əfəndiyevə, eyni zamanda  Azərbaycan Respublikası Gənclər və idman nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliklərinə öz minnətdarlıqlarını bildirdilər.


Şəffaflıq.az 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}