Şamaxıda İdman xadimi","Əməkdar məşqçi" Xankişi Hüseynovun xatirəsinə həsr olunmuş sərbəst güləş növü üzrə yeniyetmələr arasında Respublika turniri keçirilib.

 Şamaxı Olimpiya Mərkəzində "Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi","Əməkdar məşqçi" Xankişi Mişan oğlu Hüseynovun xatirəsinə həsr olunmuş  Sərbəst güləş idman növü üzrə 2005-2007 və 2008-2010-cu il təvəllüdlü yeniyetmələr arasında Respublika turniri  keçirilib. 
 
Şəffaflıq.az xəbər verir ki,Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyası tərəfindən birgə təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq, Şamaxı rayon Gənclər və İdman  idarəsinin təşkilatçılığı ilə 30-31 avqust 2021-ci il tarixlərində Şamaxı Olimpiya Mərkəzində "Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi","Əməkdar məşqçi" Xankişi Mişan oğlu Hüseynovun xatirəsinə həsr olunmuş  Sərbəst güləş idman növü üzrə 2005-2007 və 2008-2010-cu il təvəllüdlü yeniyetmələr arasında Respublika turniri  keçirilib. Turnirdə respublikanın şəhər və rayonlarından 35  komanda üzrə, ümümilikdə  650 nəfər yeniyetmə idmançı iştirak edib. Tədbiri giriş sözü ilə açan  Şamaxı Rayon Gənclər və İdman idarəsinin  rəisi Şahmar Hüseynov bütün idmançıları və rəsmi qonaqları salamladı və  idmançılara uğurlar arzu edib.  

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra yarışa start verildi. Gərgin və çox maraqlı keçən yarışın sonunda iki yaş qrupu üzrə hər çəki dərəcəsində I, II və III yerləri tutmuş idmançılar  Şamaxı Rayon Gənclər və İdman idarəsi tərəfindən müvafiq diplom və medallarla təltif olundular.



 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}