Ələt-Astara yolunda zəncirvari qəza olub, xeyli sayda yaralı var

 Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Şəffaflıq.az-ın məlumatına görə, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, "Mercedes" və "Hundai" markalı minik avtomobilləri toqquşub.
Zərbənin təsirindən "Hundai" markalı avtomobil yolun kənarına aşıb.
İlkin məlumata görə, 15-dən yuxarı yaralı olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.
Faktla bağlı araşdırma aparılır."Report" 








 


Facebook-da paylaş


{sape_links}{sape_article}