Cəlilabadda minik və yük avtomobilləri toqquşub

 

Cəlilabad rayonunda yol qəzası baş verib.

Şəffaflıq.az xəbər verir ki, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, “Qazel” markalı yük maşını ilə “VAZ-2106” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}