Türkiyə-Yunanıstan gərginliyi artır
Türkiyə və Yunanıstan arasında son zamanlar qarşılıqlı bəyanatlarla gərginlik artarkən, Afina administrasiyasından çox sərt bir açıqlama gəlib.
Şəffaflıq.az xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias da Yunanıstanda çıxan Naftemboriki qəzetinə açıqlamasında Türkiyə ilə böhrana toxunub. Dendias vurğulayıb ki, ölkələr arasında mübahisələrin həlli yalnız beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət əsasında həyata keçirilə bilər və belə əsas fundamental prinsiplərdən biri də bütün dövlətlərin ərazi suverenliyinin qorunmasıdır.
Dendias Türkiyəni hədəf alaraq bildirib ki, “Türkiyənin təxribatlarında misli görünməmiş eskalasiya, eləcə də neo-Osmanlı revizionizminin əks olunduğu bölgədə vaxtaşırı eskalasiya ilə üzləşirik”.
"Bu gərginlik zamanı biz sərt, lakin sakit şəkildə cavab veririk. Bir sıra arqumentlərlə türk tərəfinin əsassız iddialarını bir-bir məhv edirik",- deyə o, bildirib.
Yunanıstanın xarici işlər naziri ölkəsinin Ankara ilə əlaqə kanallarını açıq saxlamaq niyyətini ifadə etməkdə səmimi olduğunu vurğulayıb.
Dendias Yunanıstan - Rusiya münasibətlərinə də toxunaraq, üç il əvvəl baş nazir Kiriakos Mitsotakis hökumətinin hakimiyyətə gəldiyi zaman Rusiya ilə münasibətlərin olduqca orta səviyyədə olduğunu vurğulayıb.
"Lakin Rusiyanın işğalı və Ukraynadakı müharibə münasibətlərimizin yuxarı axınına mane oldu və bu, bizim ölkənin məsuliyyəti deyildi”,-deyə Dendias əlavə edib.
Daha sonra o, Yunanıstanın Qərbi Balkan ölkələrinin Aİ-yə daxilolma prosesində aparıcı roluna diqqət çəkərək, ölkəsinin mövqeyini “bu ölkələrə islahatlar və iqtisadi artım yolunda irəliləməyə kömək etmək üçün tarixi missiya” kimi xarakterizə edib.
Yunanıstanın qonşu Şimali Makedoniya ilə imzaladığı əməkdaşlıq memorandumunun nə vaxt ratifikasiya olunacağı ilə bağlı suala isə Dendias “milli maraqlar və Yunanıstan parlamentinin proqramı buna imkan verəndə” deyə cavab verib.
Facebook-da paylaş