Yunanıstan yenidən sərt karantinə keçir: yoluxma sayı sürətlə artır...

 

Yunanıstanda bu gündən etibarən pandemiya ilə əlaqədar yenidən "sərt qapanma"ya keçib.

Şəffaflıq.az xarici KİV-lərə istinadən bildirir ki, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ölkədə koronavirusa yoluxma sayının sürətlə artması səbəbindən bu cür qərar verib.

Məlumata görə, paytaxt Afina, Pire də daxil olmaqla Attika bölgəsində koronavirusun mutasiyaya uğramış bir neçə variantı aşkarlanıb. Buna görə də hökumət fevralın 11-dən 28-dək "sərt qapanma" tədbirlərinə keçdiklərini açıqlayıb.

Miçotakis ölkədə yoluxma sayının sürətlə artmasının ciddi narahatlıq doğurduğunu deyib. Qeyd edək ki, Yunanıstanda bu günə qədər 168 mindən çox koronavirusa yoluxma halı aşkarlanıb.

Virusa yoluxanların 6 min nəfəri dünyasını dəyişib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}