Bərdə sakini qonşusunu öldürdükdən sonra özünü güllələyib

 

Bərdədə qonşusunu tüfənglə öldürən kişi daha sonra intihar edib.

Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Şatırlı kəndində baş verib.

Kənd sakini 1963-cü il təvəllüdlü Hüseynov Namiq İsmayıl oğlu qonşusu 1988-ci il təvəllüdlü Hüseynov Anar Malik oğlunu qətlə yetirib. Daha sonra Namiq Hüseynov özünə tüfənglə atəş açaraq intihar edib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}