Əsas Səhifə > Hadisə > Bərdə sakini qonşusunu öldürdükdən sonra özünü güllələyib
Bərdə sakini qonşusunu öldürdükdən sonra özünü güllələyib19-06-2022, 18:32 |
Bərdədə qonşusunu tüfənglə öldürən kişi daha sonra intihar edib. Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Şatırlı kəndində baş verib. Kənd sakini 1963-cü il təvəllüdlü Hüseynov Namiq İsmayıl oğlu qonşusu 1988-ci il təvəllüdlü Hüseynov Anar Malik oğlunu qətlə yetirib. Daha sonra Namiq Hüseynov özünə tüfənglə atəş açaraq intihar edib. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |