Bakıda pomidorla yüklənmiş avtomobil yolun ortasında AŞDI

 

Bakıda pomidor yüklü avtomobil aşıb.

Şəffaflıq.az xəbər verir ki, hadisə Bəşir Bünyadov küçəsində, “Koroğlu” metro stansiyasından Bakıxanov qəsəbəsinə gedən yolda baş verib.

“Ford” markalı yük avtomobili iderəetməni itirərək aşıb.

Tərəvəz yüklü avtomobilin qəza zamanı digər nəqliyyat vasitələri ilə toqquşmadığı bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə yol polisi əməkdaşları gəlib, hazırda qəzanın nəticələri aradan qaldırılır. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}