DÇ-2026 oyunlarında ilklərə imza atılacaq
2026-cı il dünya çempionatı tarixdə ilk dəfə üç ölkədə - Meksika, ABŞ və Kanadada keçiriləcək.
Beynəlxalq Futbol Federasiyası (FİFA) həmin ölkələrdən oyunlara ev sahibliyi edəcək 16 şəhərinin siyahısını açıqlayıb.
Məlum olub ki, bu, ABŞ-dan Atlanta, Boston, Dallas, Hyuston, Kanzas Siti, Los-Anceles, Mayami, Nyu-York (ya da Nyu-Cersi), Filadelfiya, San-Fransisko və Sietl, Meksikadan Qvadalaxara, Mexiko və Monterrey, Kanadadan isə Toronto və Vankuverdir.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş